Menu

Şeyxin qızının klinikası borca düşdü

20.09.2025, 21:33
Şeyxin qızının klinikası borca düşdü

“Zəhra Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, “Zəhra Clinic” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3727.77 manat yığılmış vergi borcu mövcuddur.

Qeyd edək ki, klinika Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə tərəfindən yaradılıb. Belə ki, “Zəhra Clinic” MMC 2017-ci ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb və həmin vaxt qanuni təmsilçisi Vəfa Paşazadə olub. Sonradan isə - 2023-cü ildə o, MMC-nin qanuni təmsilçiliyindən çıxıb və bu vəzifəyə Fərid Hüseyn Fikrət oğlu gətirilib.

Buna baxmayaraq, ümumi cərrah, klinik psixoloq, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadə klinikaya rəhbərliyi davam etdirib, o, hazırda özəl tibb müəssisəsinin direktoru - baş həkimi vəzifəsindədir.

Məlumat üçün onu da bildirək ki, 2023-cü ildən klinikanın nizamnamə kapitalı da 200 min manat artırılıb. 

Şərhlər

OSMANLI IMPERIYASI 2025-09-22 17:50:55

YAZIQ , GƏLİN PUL YİĞAQ VERƏK

leyla 2025-09-22 07:59:29

En esas odur ki kişi 100 defe secdeye gedir vijdanın ne olduğunu bilmir. Vijdan dinin yarısıdı molla baba

rr 2025-09-21 06:03:16

millet nezir qutularin doldursun ,,,, bunnarda keeef elesinner,,,,,

B.Kolxozdar 2025-09-20 21:20:50

Ən azı mövsüm, iki rüb və bircə hesablanmış iş birliyi, ya ən kiçik müəssisənin gündəlik enerji və material məsrəfi təqribən yüz manat ola bilər ki, qazancla çalışsın! Biznes-uşaq oyunu ilə uğraşmasın? Nizamnamə fondu onun enerji, material, əmək haqqına risk zərərlərini fəaliyyət dövrü üzrə ödəyəcək məbləğdə deyilsə, deməli bu fəaliyyət risqli iş də deyil, *Örtülü bazar, dostluğu pozar?* münasibətidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol