Menu

ALİ KOÇ GETDİ - “Fənərbaxça”nın yeni prezidenti məlum oldu

21.09.2025, 22:32
ALİ KOÇ GETDİ - “Fənərbaxça”nın yeni prezidenti məlum oldu

Türkiyənin “Fənərbaxça” klubu bu gün növbədənkənar ümumi seçki keçirib.

Ali Koç və Sadettin Saran arasında aparılan mübarizədə Saran yeni prezident seçilib.

Beləliklə, “Fənərbaxça”da Ali Koç dönəmi başa çatıb.

Klub bununla bağlı instaqram hesabında paylaşım edərək Saranın 12,325 səslə qalib gəldiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol