İlhaq edilmiş Krımda Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiyanın iki nadir “Be-12 Çayka” amfibiya təyyarəsini məhv edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təyyarələr dünən vurulub.
Məlumatda deyilir ki, "Be-12 Çayka" sualtı qayıq əleyhinə amfibiya təyyarəsidir və ilk dəfədir ki, belə təyyarələr məhv edilir.
Qeyd olunur ki, ”Be-12 Çayka” amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması və onlarla mübarizə aparılması üçün qiymətli avadanlıqlarla təchiz edilib. Əməliyyat zamanı rus işğalçılarına məxsus daha bir “Mi-8” helikopteri də məhv edilib.
“AzPolitika.info”

Şərhlər