Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkə başçılarının sammiti başlayıb.
APA-nın məlumata görə, Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sərkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak edirlər. Dövlət başçıları terrorizmlə və narkotiklərin dövriyyəsi ilə mübarizə, kollektiv təhlükəsizlik, kollektiv aviasiya qüvvələrinin yaradılması məsələlərini müzakirə edəcəklər.
Sammitin yekununda 22 sənədin imzalanacağı gözlənilir. Sənədlərdən biri dövlət başçılarının ümumi bəyanatıdır.


Şərhlər