14 il icra başçısı işləmiş Lütvəli Babayev oğlunun zərərçəkmiş kimi tanındığı iş üzrə məhkəmədə ifadə verib.
"AzPolitika"nın "qafqazinfo”ya istinadən verdiyi məlumata görə, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir.
Cinayət hadisəsi ilə bağlı "Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər.
Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb. Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: "Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”.

Şərhlər
Baxın: fakt ortadadır ki, ən azı bunun 2 milyonu varmış. Sorğulayıb niyə yoxdu ki, bu pullar səndə haradandır. İHB olana kimi müəllim olub. Biznesi olmayıb. Oğlu avaranın, yaranmasın biri idi. Ancaq atasını xərcə salardı. Dədəsi Babaəli adi müəllim olub, kasıbın biri idi ki, deyərik, ondan qalıb. Deməli rüşvət və korrupsiyaya yolu ilə əldə edib. Bunu dama soxmaq lazımdır...
Bu yaramaz 14 il iki rayona ayrılan dövlət vəsaitlərinin anasını ağladıb və həmçinin insanların qanını şoran bu məxluq özü həbsxanalarda çürüməlidir. Bütün rəzilliklərinə rəğmən 3 dəfə həcc ziyarətinə getdiyini gözümüzə elə soxurdu ki, sanki 3 qat Olimpiya çempionu imiş. Aparatda buna "Allahın bəlası " deyirdilər. Rayonda da "Lütüş" "molla" aynası qoymuşdular. Allah bəlasını verməkdədir.