Menu

Rusiya Ukraynanın kritk infrastrukturuna zərbə endirdi

27.09.2025, 13:07
Rusiya Ukraynanın kritk infrastrukturuna zərbə endirdi

Gecə saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə kütləvi dron hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumda 115 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) iştirak edib, onlardan 97-si zərərsizləşdirilib.

Vinnitsa vilayətinin hərbi administrasiyasının birinci müavini Nataliya Zabolotnaya bildirib ki, hücum nəticəsində kritik infrastruktur obyektinə zərbə endirilib. Bir yaşayış evi də zədələnib — pəncərələr sınıb, dam örtüyü dağılıb. Hücum zamanı qatarların hərəkəti müvəqqəti dayandırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Dnepropetrovsk vilayətinə zərbə zamanı 39 yaşlı qadın yaralanıb. Bundan əlavə, inzibati bina, muzey, müəssisə, mağaza və bir neçə yaşayış və təsərrüfat binası zədələnib.

Zaporojyenin region rəhbəri İvan Fedorovun məlumatına görə, hücum nəticəsində təxminən 9 min ev işıqsız qalıb.

Odessa vilayətində isə gecə saatlarında qatarların hərəkəti dayandırılıb. “Ukrayna dəmir yolları”nın açıqlamasına görə, bəzi obyektlərdə zərər qeydə alınıb, lakin dəmir yolu işçiləri və sərnişinlər arasında itki olmayıb. Hücum anında bütün qatarlar təhlükəsiz məsafədə saxlanılıb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, ümumilikdə 17 yerdə zərbə endirilib, daha iki yerdə isə dron qalıqları düşüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol