Menu

"Məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək.." - Emin Əmrullayev

27.09.2025, 15:06
"Məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək.." - Emin Əmrullayev

Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanı deyil.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə qanun pozuntularına cəza verilməsi hallarına münasibət bildirərkən deyib.

O bildirib ki, Nazirlik tənzimləyici qurumdur və hər bir halda qanun pozuntusuna reaksiya verir.

“Mənə elə gəlir ki, məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək ki, nə vaxt bizim cəmiyyət anlayacaq ki, bu davranış qəbuledilməzdir. Yəni biz bu prosesi hamı ilə birlikdə etməliyik ki, məktəb daxili qaydalara hamı riayət etsin", - nazir qeyd edib.

Şərhlər

Əmrullayev-ə 2025-09-27 17:23:58

qaunn pozan zaman qanun pozuntusunun qarşısını almalı olan ölkənin hüquq mühafizə orqanları mövcuddur (-DİN,Prokurorluq,Məhkəmə və s.) ki.belə ozbaşıaıqarın.pozuntuların qarşsnı alsın.araşdrsın.cəzalandırsın....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol