Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.
28 sentyabr:
1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - Yeni Gəncə (28 May prospekti); 2 nömrəli marşrut – Heydər Əliyev prospekti - Şah İsmayıl Xətai prospekti - Dədə Qorqud küçəsi (dairəvi marşrut); 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) - Cümhuriyyət prospekti; 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi - Bağmanlar küçəsi; 7 nömrəli marşrut – Poçt qəsəbəsi - Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu); 8 nömrəli marşrut – Dəmiryol deposu - Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi); 9 nömrəli marşrut – Təbriz küçəsi - "Kəlbəcər" şəhərciyi.29 sentyabr: 4 nömrəli marşrut – İmamzadə türbəsi - Cümhuriyyət prospekti; 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi - V.Qocayev küçəsi; 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) - "Kəlbəcər" şəhərciyi; 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) - N.Nərimanov küçəsi (Parkın ətrafı); G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası - N.Nərimanov küçəsi (Parkın ətrafı).30 sentyabr:
10 nömrəli marşrut – Poçt qəsəbəsi - N.Nərimanov küçəsi (Parkın ətrafı); 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - 1 nömrəli şəhər xəstəxanası; 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində); 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası - Gəncə Avtovağzalı (Yevlax istiqamətində); 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu); 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi); 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) - N.Nərimanov küçəsi (Parkın ətrafı).1 oktyabr:
16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində); 19 nömrəli marşrut – V.Qocayev küçəsi - "Grand" bazar; G2 nömrəli marşrut – Göygöl avtostansiyası - N.Nərimanov küçəsi (Parkın ətrafı).
Şərhlər