Ukrayna Silahlı Qüvvələri Rusiyanın Mi-28 helikopterini FPV pilotsuz uçan aparatı ilə məhv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistem Qüvvələrinin (UUSF) komandanı Robert Brovdi (Madyar) məlumat yayıb.
— Newsfeed (@Newsfeed883920) September 29, 2025
Dünən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, sentyabrın 27-də isə işğal altındakı Melitopolda azı 4 rusiyalı PUA operatorunu daşıyan UAZ markalı avtomobil məhv edilib. Partlayış Melitopol aerodromunda yerləşən qapalı, mühafizə olunan hərbi bazada baş verib.
“AzPolitika.info”

Şərhlər