Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edib.
Xalq artisti, Tahir İmanov qardaşının vida mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib: "O, çox dəyərli bir ömür yaşadı, zəngin, qayğısız, Şuşalı, Şuşasız və yenidən Şuşalı günlərimizin şahidi oldu. Bu dövlətə və dövlətçiliyə xidmət etmək onun üçün şərəf idi. Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də, Uca Allah kimi ucaltsa, ona heç kim mane ola bilməz. O, nümunəvi bir ata, övlad və insan idi. Mən ondan iki yaş böyükəm, amma ondan çox şey öyrəndim".
Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.

Şərhlər
Allah rehmet elesin Teki Cabirin yerine Murad Dadasov olerdi