Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.

Bbununla bağlı “Qarabağ”ın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuracaq. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.

Bildirilir ki, dövrə stadionun atletika zolağında 19:35-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.