Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilir.
Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncam 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Şərhlər
1.6-3 dəfə körpələr evi işçiləriinn maaşlarının artırılması zaman işçilərin maaşı nə qədər olub və bu maaşla onlar ailələrini dolandıra bilərlərmi? Dəfə yazmaqbir növ gizlin qalır.