Menu

Yaponiya tarixində ilk – Baş nazir qadın olacaq...

04.10.2025, 15:50
Yaponiya tarixində ilk – Baş nazir qadın olacaq...

Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının (LDP) yeni seçilmiş lideri Sanae Takaiçi ölkənin ilk qadın Baş naziri olmağa hazırlaşır.

64 yaşlı siyasətçi partiya rəhbərliyi uğrunda keçirilən seçkilərdə qalib gəlib. O, əvvəllər ölkənin daxili işlər naziri vəzifəsini tutub və LDP-nin mühafizəkar qanadını təmsil edir.

Takaiçi partiya daxilindəki yarış zamanı əsas vədlərini milli müdafiənin gücləndirilməsi və iqtisadi təhlükəsizliyin təmin edilməsi üzərində qurub.

Əgər parlament onun namizədliyini təsdiqləsə, Takaiçi son iki il ərzində Yaponiyanın beşinci lideri olacaq və ölkə tarixində ilk qadın baş nazir kimi siyasi tarixə düşəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol