Menu

Türkiyə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bir sıra layihələrdə iştirak edir

07.10.2025, 17:49
Türkiyə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bir sıra layihələrdə iştirak edir

Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bir sıra layihələrdə iştirak edir.

Bu barədə APA-nın Qəbələyə ezam olunmuş əməkdaşına özəl açıqlamasında Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Ömer Bolat deyib ki, Türkiyə şirkətləri Qarabağın bərpası ilə bağlı 5 milyard dollarlıq layihələr həyata keçirir (Söhbət Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələrdə podratçı kimi iştirakından gedir-red.)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol