Menu

Tbilisidə iğtişaşlarda iştiraka görə 22 nəfər saxlanılıb

08.10.2025, 00:11
Tbilisidə iğtişaşlarda iştiraka görə 22 nəfər saxlanılıb

Tbilisidə oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha 4 nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.

Onun sözlərinə görə, iş üzrə saxlanılanların ümumi sayı 22 təşkil edir, 3 nəfər isə hələ də azadlıqdadır.

Nazir müavini 3 nəfərin yerinin müəyyən edilərək saxlanılması məqsədilə əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol