Menu

"Ya döyüşə gedin, ya da 25 illik deportasiya..." - Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır + VİDEO

08.10.2025, 21:05
"Ya döyüşə gedin, ya da 25 illik deportasiya..."  - Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır + VİDEO

6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına yollana 3 nəfər Azərbaycan Respublikası vətəndaşı Zukovski Hava Limanında heç bir əsas olmadan saxlanılaraq, nəzarət məntəqəsinə aparılıblar.

"AzPolitika" xəbər verir ki, bu barədə saxlanılan vətəndaşlardan birinin sosial şəbəkələrdə müraciəti yayılıb.

Saxlanılan şəxsin məlumatına görə, onlar artıq 3 sutkadır ki, ac-susuz və şəraitsiz vəziyyətdə saxlanılır. O, bildirir ki, vətəndaşların mobil telefonları əlindən alınıb və onların icazəsi olmadan şəxsi məlumatları, o cümlədən "WhatsApp" və digər sosial şəbəkə hesabları yoxlanılıb.

Zərərçəkən bildirir ki, rusiyalı nəzarətçilər onların şəxsi əlaqə nömrələrini silir və ya Rusiya Federasiyası tərəfindən döyüşlərdə iştirak etməyə razılıq vermələrini, ya da 25 illik deportasiya qərarını qəbul etmələrini tələb edirlər. Deportasiya qərarının nə vaxt icra olunacağı barədə isə dəqiq məlumat verilmir, təxminən 15–20 gün çəkəcəyi söylənilir.

Vətəndaşlar Azərbaycan hökumətindən onların vəziyyətinə müdaxilə edib, tezliklə vətənə qaytarılmalarını təmin etməsini xahiş edirlər.

"AzPolitika.info"


Şərhlər

Veteran 2025-10-09 20:16:13

Axı niyə gedirsiniz ? İşləmək üşün gedisinizsə,Qarabağda böyük tikinti işləri gedir işdən çox iş var.

Rrr 2025-10-09 07:20:02

Allah komey in iz olsun))) Posolmuz hara baxir ? Neynen meshquldu? Yazirlar olsun

Elxan 2025-10-08 17:34:20

Yalan məlumatlari yaymagda məgsəd nədir? Gündəlik olarag Azərbaycandan Russiyaya 2500 insan daxil olur, hec kimdən döyüşə getməyi tələb etmirlər və telefon yoxlamirlar!!!!!!!

Senan 2025-10-08 13:34:40

Faṣizmə kŏmək etməkdənsə ŏlmək daha ŏnəmlidi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol