Xəbər verdiyimiz kimi, Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.mHadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qətli törədən şəxsin müəyyən edilməsi və saxlanılması istiqamətində polis tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub.
Oxu.Az-ın məlumata görə, hadisənin 2007-ci il təvəllüdlü R.Cəfərov tərəfindən törədildiyi bildirilir.
Həmin şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
***
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.



Şərhlər