Menu

"Gürcüstanda inqilabi proseslər ABŞ-dan maliyyələşdirilir" - İrakli Kobaxidze

08.10.2025, 15:23
"Gürcüstanda inqilabi proseslər ABŞ-dan maliyyələşdirilir" - İrakli Kobaxidze

“Gürcüstanda inqilabi proseslərdə birbaşa iştirak edən təşkilatlar ABŞ mənbələrindən maliyyələşdirilirlər”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

O bildirib ki, Gürcüstan tərəfi bu məsələ ilə bağlı amerikalı tərəfdaşlarla müzakirələr aparıb.

“Bizim konkret məlumatlarımız var və onlarla amerikalı həmkarlarımızla qapalı formatda bölüşmüşük. Biz konkret ekstremist qrupların şübhəli maliyyələşdirilməsi ilə bağlı narahatlığımızı bildirmişik və bununla bağlı cavab gözləyirik”, - deyə Baş nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol