Menu

"Bavariya"nın futbolçusu qışda "Yuventus"a keçə bilər

08.10.2025, 16:48
"Bavariya"nın futbolçusu qışda "Yuventus"a keçə bilər

Almaniyanın "Bavariya" klubunun futbolçusu Rafael Gerreyru karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Tuttospor"a istinadən xəbər verir ki, "Yuventus" 31 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Portuqaliyalı oyunçunun mümkün keçidi qış transfer dönəmində gerçəkləşə bilər.

Qeyd edək ki. Rafael Gerreyru cari mövsüm Bundesliqada dörd matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol