Menu

Hakan Fidan İsrailin əməliyyatlarını Suriya üçün problem adlandırıb

08.10.2025, 19:15
Hakan Fidan İsrailin əməliyyatlarını Suriya üçün problem adlandırıb

İsrailin əməliyyatları Suriyanın üzləşdiyi ən mühüm problemlərdən biridir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Ankarada rəsmi səfərdə olan suriyalı həmkarı Həsən Əl-Şeybani ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrailin Suriyada əməliyyatlarına qarşı çıxılmalıdır və Suriyaya tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmalıdır.

“Türkiyə olaraq Suriyaya dəstəyimiz davam edəcək. Suriya xalqının beynəlxalq ictimaiyyətdən gözləntiləri var. Artıq coğrafiyamızda sülh və sabitliyin hakim olmasını istəyirik”, - nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol