HAMAS-la İsrail arasında əldə olunan atəşkəs razılaşması İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.
APA xəbər verir ki, bu barədə hərəkatın rəsmi “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.
“HAMAS Qəzza zolağında müharibənin dayandırılmasını, işğalçı qüvvələrin çıxarılmasını, humanitar yardımın çatdırılmasını və girovların dəyişdirilməsini nəzərdə tutan sazişin bağlandığını elan edir”, - bəyanatda deyilir.


Şərhlər
HƏMAS və bir neçə digər hərbiləşdirilmiş fələstinli qruplaşma tərəfindən Qəzza zolağından İsrailin Cənub dairəsi ərazisinə 7 oktyabr 2023-cü ildə, Simxat Tora yəhudi bayramı günündə təşkil edilmiş koordinasiyalı hərbi hücum "bunamı hesablanmışdır". HAMASA görə indi bu qalibiyyətdirmi. 7 oktyabr hücümü nə üçün idi və bunu İsrailə qarşı kim təşkil etmişdir. İsrail özümü yoxsa, İranmı və yaxud başqa bir dövlətmi. Bunu o dövrdə yalnızca HAMASIN lideri Haniyyə bilə bilərdi. Sizcə İsrail Haniyyəni İranda dərhal niyə öldürdü. Sirləri bildiyi üçünmü, yoxsa. İndi nəticə nə oldu. Gazze yerlə bir edilərək, yox edildi və bu münaqişədə də 67 mindən də çox insan öldürüldü. İndi bunun bədəlini küm ödəyəyəcək, İsrailmi, yoxsa HAMASMI. Onu da siz söyləyin.