Menu

15 platforma operatoru beş min manat cərimələnib

09.10.2025, 10:54
15 platforma operatoru beş min manat cərimələnib

"Audiovizual Şuranın tərtib etdiyi protokollar əsasında cari ilin ilk 6 ayı ərzində platforma operatoru lisenziyası olan 15 subyekt müvafiq məhkəmə qərarlarına əsasən hər biri 5000 manat məbləğində cərimələnib".

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, cərimələnmənin səbəbi “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol