Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin satılması perspektivi ilə bağlı “yox” cavabı almadığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.
"Tramp müzakirə etdiyimiz bəzi şeyləri Ukraynaya verə bilər. Onlar, əlbəttə ki, Ukraynanı gücləndirər. Bunlar bizim üçün çox vacib olan bəzi uzaqmənzilli vasitələrdir. Biz bu məsələni ilk dəfə keçən payızda müzakirə etmişik. Mən hələ Trampın seçki kampaniyası zamanı bu məsələni Nyu Yorkda qaldırmışdım. İndi, son görüşümüzdə "yox" eşitmədi. Eşitdim ki, onlar texniki səviyyədə işləyəcəklər və bu imkanı nəzərdən keçirəcəklər”, - Zelenski deyib.
O, həmçinin Bayden administrasiyası zamanı bu məsələni qaldırdığını, lakin bunun Bayden tərəfindən qətiyyətlə rədd edildiyini xatırladıb.
"Bu, hazırda vacib siqnaldır - Ukraynanı bütün imkanları ilə gücləndirir. Ən vaciblərindən biri də “Tomaqavk”lardır. Bütün bunlar Ukraynanı gücləndirə və rusları ağıllanmağa məcbur edə bilər ".
Eyni zamanda, o etiraf edib ki, müharibəni bitirmək planı sadə olmayacaq. Zelenski onu da əlavə edib ki, Tramp Ukraynada müharibəni dayandıra bilsə, onun ölkəsi ABŞ Prezidentini Nobel mükafatına namizəd kimi irəli sürəcək: "Əgər Tramp bütün dünya, xüsusilə ukraynalılar üçün atəşkəsə imkan yaratsa, o zaman onun Nobel mükafatına namizədliyi irəli sürülməlidir. Biz onu Ukrayna adından irəli sürəcəyik".
“AzPolitika.info”


Şərhlər