Menu

Sisidən Qəzzada atəşkəslə bağlı açıqlama

09.10.2025, 14:09
Sisidən Qəzzada atəşkəslə bağlı açıqlama

Qəzzada iki illik müharibədən sonra atəşkəs və müharibənin dayandırılması üçün razılıq əldə olunub.

APA xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi X-də yazıb.

Sisi ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq, atəşkəsin həyata keçirilməsi və Qəzzada 2 illik iztirabdan sonra müharibənin dayandırılması üçün əldə edilən razılaşmanın əldə edildiyini bildirib.

“Dünya sülh iradəsinin müharibə məntiqi üzərində qələbəsini təcəssüm etdirən tarixi bir məqamın şahidi olur”, - o qeyd edib.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol