İsrail və HƏMAS arasında elan edilən atəşkəsə baxmayaraq, İsrail Qəzzaya hücumlarını davam etdirir.
Qəzzada atəşkəs razılaşmasına baxmayaraq, İsrail döyüş təyyarələri və artilleriya birlikləri bölgənin müxtəlif bölgələrinə hücumlarını davam etdirib. Qəzzanın müxtəlif bölgələrinə edilən hücumlar nəticəsində ərazidən dumanlar yüksəldiyi görülüb. Həmin anlar canlı yayımda da lentə alınıb.
Şahidlər həmçinin İsrail hava qüvvələrinin şəhərin cənubundakı Zeytun məhəlləsində müxtəlif yerləri hədəf aldıqları hücumlarda 4 fələstinlinin yaralandığını və hədəf alınan bölgələrdən tüstünün qalxdığını bildiriblər.
"AzPolitika.info"


Şərhlər