“Təyyarə qəzası ilə bağlı siz şəxsən istintaqa nəzarət edirsiniz və hər şeyin obyektiv araşdırılacağına şübhəmiz yox idi”.
“AzPolitika” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Düşənbədəki görüşdə çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, ilk öncə görüşə görə təşəkkürünü bildirmək istəyir: “Qeyd etdiyiniz kimi, Pekində qısa söhbətimiz oldu və cəmi iki gün əvvəl ad gününüzdə sizə zəng etdim. Fürsətdən istifadə edərək, sizi bir daha təbrik etmək, sizə, ailənizə və dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm”.
Azərbaycan Prezidenti görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: “Sizin də xatırladağınız kimi biz həmən vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim”.
Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib: “Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz.”.
Prezident İlham Əliyev qeyd edib ki, bu il təkcə ticarət-iqtisadi əlaqələrdə deyil, bütün digər sahələrdə də əlaqələr uğurla inkişaf edib: “Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılırr”.
Prezident İlham Əliyev əlavə edib: “Və təbii ki, bu gün gündəmə yenidən baxmaq üçün yaxşı fürsətdir. Bu, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu məlumat üçün bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyimiz mesajlar eyni dərəcədə yaxşı qarşılanacaqdır”.
“AzPolitika.info”

Şərhlər