Menu

"Türkiyə Qəzza məsələsinin həlli üçün beynəlxalq səviyyədə səy göstərib" - Fidan

09.10.2025, 23:36
"Türkiyə Qəzza məsələsinin həlli üçün beynəlxalq səviyyədə səy göstərib" - Fidan

Türkiyə Qəzza məsələsinin həlli üçün beynəlxalq səviyyədə səy göstərib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə açıqlamasında deyib.

"Elə məqamlar var ki, onlar bizim taleyimiz deyil. Sadəcə daha çox iradəyə, daha çox səylə işləməyə, ehtiyac var. Əldə edilən nəticəyə görə şadıq", - o bildirib.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsi üzrə saziş imzaladığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol