Menu

Sumqayıtda silah-sursat aşkarlanıb

10.10.2025, 09:15
Sumqayıtda silah-sursat aşkarlanıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrliyində - yolun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən qəbiristanlıq ərazisində odlu silah və sursat aşkarlanıb.

Ərazidə keçirilən baxış zamanı 1964-cü il buraxılışlı 7,62 çaplı "AKM" markalı "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol