Menu

Azərbaycan nefti ucuzlaşıb

10.10.2025, 09:36
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,18% azalaraq 69,25 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,08 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol