Rusiya Prezidenti Vladimir Putin Rusiya- Azərbaycan münasibətlərdə hansısa böhranın olmadığını bildirib.

“AzPolitika” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti bu barədə Düşənbədə jurnalistlərə açıqlamasında danışıb.

O, vəziyyəti “emosiyalar böhranı” adlandırıb: “Bunu daha çox “emosiyalar böhranı” adlandırardım və nəyə görə olduğu aydındır. Çünki biz çox ağır, faciəvi hadisə - təyyarə qəzası və onun sərnişinlərinin həlak olması ilə üzləşmişdik. Bizim bu məsələni aydınlaşdırmağımız üçün vaxt lazım idi, çox çətin texniki ekspertiza aparılması tələb olunurdu”.

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı araşdırmanın başa çatmaq üzrə olduğunu bildirib: “İstintaq artıq başa çatır. Ümumilikdə, hər şey aydındır”.

Rusiya Prezidenti Azərbaycanla münasibətlərdə pis səhifənin artıq geridə qaldığına ümid etdiyini vurğulayıb.