Menu

Azərbaycan Basketbol Liqası: "Ordu" "Quba"ya qalib gəlib

10.10.2025, 18:24
Azərbaycan Basketbol Liqası: "Ordu" "Quba"ya qalib gəlib

Azərbaycan Basketbol Liqasının II turunda "Quba" "Ordu" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.

Günün digər matçında "Abşeron Lions" "Gəncə" kollektivi ilə qarşılaşacaq. Bu matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə üstələyib. Tura oktyabrın 12-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol