Menu

Tramp Putinə təşəkkür edib

10.10.2025, 19:46
Tramp Putinə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bu gün Nobel mükafatı ilə bağlı açıqlamalarının görüntülərini paylaşaraq ona təşəkkür edib.

"Report" xəbər verir ki, müvafiq paylaşım ABŞ lideri "Truth Social" sosial şəbəkəsində edib.

"Sağ olun, Prezident Putin", - o yazıb.

Xatırladaq ki, Putin Tacikistanda keçirdiyi mətbuat konfransında Donald Trampın Nobel Sülh Mükafatına layiq olub-olmadığını mühakimə etməyin onun işi olmadığını, lakin Trampın mürəkkəb böhranların həlli üçün çox iş gördüyünü vurğulayıb.

Xatırladaq ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin keçmiş üzvü və müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. Mükafata ABŞ prezidenti Donald Tramp da namizəd olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol