Menu

Tramp Yaxın Şərqə səfərə gəlir

11.10.2025, 11:22
Tramp Yaxın Şərqə səfərə gəlir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında əldə olunan sülh razılaşmasını “tarixi addım” adlandırıb və bunun yalnız bölgə üçün deyil, bütün Yaxın Şərq üçün mühüm nəticələr doğuracağını bildirib.

Tramp bəyan edib ki, “HƏMAS çox sərt və peşəkar danışıqlar aparan tərəf olub”, lakin nəticədə “İran və Rusiyanın da bu sazişi dəstəkləməsi” ilə razılaşma mümkün olub.

“Bu sülh bütün Yaxın Şərqə aiddir və mən ümid edirəm ki, bölgədə sabitlik gətirəcək”, – deyə o, Ağ Evdə çıxışı zamanı vurğulayıb.

ABŞ lideri qeyd edib ki, HƏMAS ilə imzalanan razılaşma “bölgədə yeni təhlükəsizlik arxitekturasına yol açır”.

Donald Tramp həmçinin Yaxın Şərq turnesi çərçivəsində İsrail və Misirə səfər planlarını açıqlayıb:

“İsrailə gedəcəyəm. Düşünürəm ki, tezliklə Knessetdə çıxış edəcəyəm. Daha sonra Misirə yollanacağam”, – deyə o bildirib.

Məlumata görə, səfər oktyabrın 12-də başlayacaq və Tramp oktyabrın 14-də ABŞ-a qayıdacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol