Menu

Zelenski və Tramp telefon danışığı aparıb - YENİLƏNİB

11.10.2025, 17:44
Zelenski və Tramp telefon danışığı aparıb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparır.

"Report"un "RBK-Ukraina"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.

"Prezident Volodimir Zelenski hazırda Donald Trampla danışır", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol