Menu

Türkiyə və Suriya rəsmiləri Ankarada görüşəcək

11.10.2025, 17:27
Türkiyə və Suriya rəsmiləri Ankarada görüşəcək

Ankarada oktyabrın 12-də Türkiyə ilə Suriya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə olunacaq.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, görüş çərçivəsində digər aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, həmçinin onların suriyalı həmkarları iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol