Menu

Türkiyənin müdafiə naziri terrorçulara xəbərdarlıq edib

11.10.2025, 18:54
Türkiyənin müdafiə naziri terrorçulara xəbərdarlıq edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terrorçulara xəbərdarlıq edib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, o, terrorla mübarizədə geri çəkilməyəcəklərini bildirib:

"Başda PKK/YPG/SDF olmaqla bölgədə terrorçuların möhkəmlənməsinə imkan verməyəcəyik".

O, həmçinin terrorçuların qonşu dövlətlərdə və ya fərqli adlar altında fəaliyyət göstərməsinə icazə verilməyəcəyini də bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol