Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
O, səhər saatlarında xəstəxanada keçinib.
Qeyd edək ki, ağır vəziyyətə xəstəxana yerləşdirilən 1989-cu il təvəllüdlü Elnur Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə bir nəfər də xəsarət alıb.


Şərhlər