İsrailin Tel-Əviv şəhərində keçirilən böyük mitinqdə ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və müsəlamna liderlərə təşəkkür edib.
HƏMAS tərəfindən əsir tutulan şəxslərin yaxınları tərəfindən təşkil olunan mitinqdə çıxış edən Vitkoff Qəzzada əldə olunan atəşkəs prosesində Türkiyənin və Ərdoğanın diplomatik rolunu yüksək qiymətləndirib.
“Bu bölgənin gələcəyinin köhnə nifrətin külü üzərində deyil, ortaq ümid vədinin üzərində qurula biləcəyini göstərdiyiniz üçün təşəkkür edirəm. Möhtəşəm bir anı qeyd edirik. Cəsarət inamla birləşəndə möcüzələr mümkündür. Burada siyasətdən deyil, ümidi itirməyənlərin cəsarətindən doğan bir barışdan danışırıq", – deyə Vitkoff vurğulayıb.
"AzPolitika.info"


Şərhlər