Menu

Bakıda taksilərin sayına limit qoyuldu - Nazirlər Kabinetindən mühüm QƏRAR + VİDEO

14.10.2025, 20:50
Bakıda taksilərin sayına limit qoyuldu - Nazirlər Kabinetindən mühüm QƏRAR + VİDEO

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.

Şərhlər

Ddd 2025-10-15 04:20:55

Normal qerar olur? Hele taxsi taxsi))) bashqa problem yoxdu ?

Vətəndaş 2025-10-14 19:11:59

Belə qərar hansı ağılla çıxarılıb? Məgər taksinin çoxluğu kiməsə mane olur.yoxsa vətəndaşların rahatlığına xidmət edir? İnsanarın raat məntəədən məntəqəyə gedişi kimə mane olur? Taksi çox olar,vətəndaş tez tapar.vaxt itirməz.Bu kimə mane olur?Çox mənasız.məntisiz və düşüncsiz qərardır.

Kohne 2025-10-14 18:52:12

40 000 nefer kůçede išsiz ordusuna qošulur..........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol