Menu

“BAŞQA HƏBSLƏR DƏ GÖZLƏNİLƏNDİR" - "Onların da layiqli cəza almasının vaxtı çatıb..."

15.10.2025, 21:10
“BAŞQA HƏBSLƏR DƏ GÖZLƏNİLƏNDİR" -  "Onların da layiqli cəza almasının vaxtı çatıb..."

“Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək”.

"AzPolitika" xəbər verir ki, bunu "Globalinfo" -ya açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib.

, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir: “Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!”

M.Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər:

“Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə nəsə demək olmur”.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

O, 1995–2019-cu illərdəPrezidentAdministrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isəAzərbaycanMilliElmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Şərhlər

Mubariz 2025-10-18 17:57:07

Diqqətlə fikir versəniz əksər canfəşanlıq edənlər Ramizin ətrafında vaxtı iıə « farağat » duran yüksək vəzifəli keçmiş məmurlardır .Misir Əli İnsanov həbs ediləndə də geninə-boyuna lənətləyirdi .Balıq Hafiz ,Fikrət Yusifov ,Ağa Malı ,Misir, Tənzilə ( hamısı da Qərbi Azərbaycan ) .Deyəsən bunlar qara məni basınca mən qaranı basım metodu ilə işləyirlər.

Samir=ə 2025-10-15 13:17:01

Doğrya bənzəyir...

Misir Mərdanov-a 2025-10-15 13:13:29

Niyə YAP-ın üzvləri bu cinayətləri uzun müddət görməzdən gəlib.?Misir müllim bunlardan danışın....

Samir 2025-10-15 12:34:54

Adnanın Ramizin həbs olunması inandırıcı deyil

Cəmşid Dərələyəzli 2025-10-15 12:28:45

Maraqlıdı və yaxud da biyabırçılıqdı. Bəs onda dövlətin aidiyyatı qrumları 30 ildi hara baxırdı. İkinciside həmin dövrdə yüksək vəzifədə olan bunlar o zaman Ramiz Mehdiyevin nöqsanlarını görüb də göz yumanlar neden indi bülbülə dönürlər. Yoxsa qabağa düşüb, özlərini sığortalamaqmı istəyirlər. İnşallah aidyiyyatı qumlar hər şeyi ortaya tökərlər. Görək onda nə deyəcəklər,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol