Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.
"AzPolitika" xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməllərini ortaya çıxıb: “Eyni zamanda bu əməllər araşdırılmalıdır ki, o, hansı dövrdə olub. Ola bilsin ki, o işdən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq.”
Arif Rəhimzadə bildirib ki, vəzifəsindən tutuduğu postdan asılı olmayaraq xətan varsa cəzanı çəkəcəksən: “Demokratiyanın ən bariz nümunıəsi də məhz budur. Ola bilsin ki, onun iş dövründə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə ona cavab verməlisən, cəzasını çəkməklisən”.
YAP İdarə Heyətinin üzvü Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını da bildirib: “Ancaq onun YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı bir məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.
Arif Rəhimzadə APA-ya açıqlamasında da bildirib ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.
O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.

Şərhlər
arif rəhimzadə də ramiz mehdiyevin adamı olub. indi izi azdırmaq üçün belə danışır
Maraqlidi, hami bilirdi bu nece illeri, hami deyirdi. Bunnar marsda idiler? İndi bilibler ?ne bilim Vallahi
Pozdno Rita, ti polyubila vora ,,,,
Rüsum ölkəmizdəki ən sınanmış,etibarı, arvadı rus, özü də azərbaycanca düz əməlli danışa bilməyən, 5-ci kolonun ən mübariz və tülkü öndə gedənləri dən birincisi elə bu Arif Rəhimzadədir. Bu kimi tənqid edir.
P.S. Birisi həccə gedir və ənənəyə uyğun şeyrtana daş atır. Şeytan başını qaldırıb deyir: "Adə Arif, dümbələk, haramzada , çaşmısan, başın Zərdab olub? Sən ki, bizdənsən, sən nöşün mənə daş atırsan? Arif cavab verir:"Səs eləmə, izi itirirəm."
Bir "ağıllı" da burdan çıxdı? Guya faktlar itmişdi?Mehdiyevin cinayət faktarı4ildir ortada deyil? Gülər anımdan sorun.
Guya bu faktar ortada deyildi?Nəyi tapıblar? Elə mənimsəmələr.rüşvət.kadr əməliyyatları YAP-ın gözü önündə baş vermirdi?.....Götürün nazirləri.İcrabaşılarını,Görün onlarn nələri var və necə əldə olunub?Niyə etmirsiniz?