Uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına, Milli Elmlər Akademiyasına (AMEA )rəhbərlik etmiş Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
YAP-dan olan deputat Məlahət İbrahimqızı Gununsesi.info–ya açıqlama verib: “Azərbaycan xalqı Qalib Dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr anriterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz Şəhidlərimizin qanı ilə suvarılmış Vətənimizə və Dövlətimizə qarşı ən böyük xəyanətdir. Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar.
Hər kəs bilir ki, 2009-13-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu senarinin baş müəllifi və əsas aktyoru idi. FETO-çularla , Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti R.T. Ərdoğan arasında fitnə salmağa çalışırdı. Məqsəd isə əsas problemi və dərdi Qarabağ olan Azərbaycanı təkləməklə, Türk dünyasının iki əsas güclü dövləti, türk xalqlarını gələcəyə sürətlə aparan iki lokomotiv dövlət olan Azərbaycanla Türkiyə arasında düşmənçilik yaratmaq idi”.

Deputat vurğulayıb ki, Ramiz Mehdiyevin ən böyük “arzusu” da Azərbaycanı Türk dünyasından ayırmaq idi: “Onun bütün fitnələrinə baxmayaraq, əbədi olaraq arzusu gözündə qaldı. Bugün əbədiyyətə qədər bir olacaq Azərbaycan-Türkiyə müttəfiqliyi və iki qardaş liderin gürəsəl səviyyədəki uğurlu diplomatiyaları beynəlxalq aləmdə böyük nüfuza malikdir. Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və dövlət başçımızın misilsiz fəaliyyətini görə bilmirlər.
Çirkli və sinsi xislətli insanları gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Azərbaycan xalqı dövlət çevrilişinin nə olduğunu çox yaxşı xatırlayır. Yadınımızdadır hətta dövlətimizin ən çətin vaxtlarında dövlətimizə qarşı törədilən bir neçə dövlət çevrilişinin qarşısı daima xalqına güvənmiş Heydər Əliyev qüdrəti ilə alınmışdır.
Hər kəs bilir ki, bugün bu siyasəti uğurla davam etdirən, dünya Lideri, Müzəffər Ali Baş Kamandanımız, möhtərəm cənab İlham Əliyev 44 gün içində üç əsirlik tarixi olan dünya erməniliyini darmadağın etdi.
Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar. Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Lideri arxasında daima bir yumruq olaraq, əfsanəvi gücə Dəmir Yumruğa çevrilibdir”.
"Son olaraq qeyd edim ki, Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur və əminik ki, ən qısa zamanda dövlətə və xalqa xəyanət edən bu cinayətkarların layiqli cavabları veriləcəkdir”-deyə deputat fikirlərini yekunlaşdırıb.

Şərhlər
məlahət xanım sizin bir deputat kimi cəsarətiniz var idisə nə üçün o vaxt demirdiniz ? Deputatı dövlətçiliyimizi qorumursa deməli vaxtında MM vaxtında buraxılmalıdır ? Dövlətimizin inkişafını və xalqımızın rifahının yaxşılaşdırmasını istəyiriksə birinci növbədə MM və Bələdiyyələr buraxılmaı yenidən demokratik seçki keçirilməlidir ? Deputatlarında demək oar ki, ramiz mehdiyevə xidmət ediblər ?
Bəs nə düşünürdünüz? Yezidi kürd müsəlman olan Azərbaycan türkünə hörmət etməliidi.Bİlmirsiniz və görmürsünüz ki.bunlar Fələstində müsəlmanlara nə divan tuturlar.bilmirsiniz ki.erməniər 200 ildən artıqdır Azərbaycanda nə qədər qətllər törədib? Cahllikdən qurtaraq.hər şeyə.ətrafa qarşı diqqətli olmalıyıq.Yoxsa Azərbaycan türkü məhv olacaq.Ayıq olmaq vacibdir.
Məlahət xanım.burada anlaşılmaz nə var ki?Tarixən yezidi kürdlər. 200 ildən artıqdır ki,ermənilər müsəlmanlara düşmənçilik ediblər və edirlər.Mehdiyevin miliyyəti nədir? Onu tapıb.gətirib uzun illər yüksək vəzofədə necə və nə məqsədlə saxlayıblar? Buna cavab varmı7
Bu qədər ağır cinayətlər etmiş adam axı evdə oturub yenə istədiy əməlləri edə bilər.Niyə həbs qəti imkan tədbiri qərarı olmadı? Bu ayrıseçkiliyin səbbi niyə açıqlanmır?Uzun ilər bu adamln cinayətləri niyə üstü ötrtülü saxlanılb?
Türkə nifrət edirsə ya ermənidir ya da yezid
Növbə getdikcə uzanır ,Sahibədən xəbər çıxmır ,Siyavuş susur ,Eldar kəndi Cəhriyə gedib, « seçiciləriə » görüşür ,qalanınıda hörmətli Cəlal Məmmədov yazsın
Nə olsun ki, nifrət edirdi, biz isə onun yaxasından ordenlər, medallar və s... asırdığ və respublikanın da yarısını ona və ailəsinə vermişdik ki, sümürsün, özü akademik, qalanları professor, general, bank təsisçisi və s.. və i...hər şey həyatda adekvat olmalıdı, eləsi vağzalda hamballıq eləməliydi nəinki respublikada 2-ci adam...
Eşitmişdik os###b ayrılanlar, indi *b ayrılanlar zəmanəsidi
Türkə nifrət edirsə onda bunun milliyəti kimdir.
Belə çıxır ki, bu adam Azərbaycan Xalqının, Dövlətinin düşmənidir, ancaq Dövlətdən də ən çox bəhrələnən də o olub. Özü "akademik", arvadı, qızı "professorlar", gəlini də elmi işçi, oğlu "general", əmlaka da gəlincə bir 20% də bu zəbt edib...
dünən fərman verən bu gün can verir.
Maraqlidi bu deputat xanim, o vaxt harda idi?