Menu

Rusiaynın 10 aeroportu işini dayandırıb

17.10.2025, 12:48
Rusiaynın 10 aeroportu işini dayandırıb

Rusiyanın ondan çox hava limanı ötən gecədə fəaliyyətini dayandırıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Saratov, Kaluqa, Samara, Krasnodar, Nijnekamsk, Nijni Novqorod, Soçi, Yaroslavl, Ulyanovsk, Kazan, İjevsk və Ufa hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiya Müdafiə Nazirliyi bu gün səhər ilhaq edilmiş Krım və Rusiyanın digər bölgələri üzərində 61 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Soçi meri isə ötən gecə şəhərə "raket hücumunun" dəf edildiyini və pilotsuz təyyarələrin aşkar edildiyini bildirib. “Astra”kanalı hava hücumundan qorunmaq üçün yerli otellərdən turistlərin zirzəmilərə və yeraltı dayanacaqlara göndərildiyini yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol