Menu

"Ramiz Mehdiyevin baldızı təmiz daşnak idi" - Tanınmış alimdən sensasion ifşa + VİDEO

17.10.2025, 21:49
"Ramiz Mehdiyevin baldızı təmiz daşnak idi" - Tanınmış alimdən sensasion ifşa + VİDEO

Ramiz Mehdiyevin həbs xəbərinə  onun bir zamanlar (2019–2022-ci illər) prezidenti olduğu Milli Elmlər Akademiyasının alimləri də münasibət bildirir.  

Kimya İnstitutunun tanınmış alimi, fəlsəfə doktoru Mirheydər Abbasov isə "TV Müsavat"-a sensasion açıqlamalar verib.

Alim qeyd edib ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı ilə birgə bir zamanlar Moskvada elmi mərkəzdə çalışıb: “Qalinanın bacısı Natella ilə birgə eyni laborotoriyada çalışırdıq. Mən onda asipirtauranı oxyurdum. Natella “təmiz daşnak” idi. Yəni, əsl erməni daşnak! Hansı ki, əlində imkanı olsaydı, məni öldürtdürərdi. İndi təsəvvür edin, Ramiz Mehdiyev bu cür ailənin zümrəsinin yetirməsidir.

Ramiz Mehdiyevin həbsinə gəldikdə, ola bilsin ki, yenə də dilini dinc saxlamayıb, sərhədləri aşacaq sözlər söyləyib, görüblər ki, cızığından çıxıb. Ya da Allah bilir nə edib. O, çox böyük güc sahibidir və Azərbaycan dövləti üçün böyük təhlükə yarada bilərdi.

Bu baxımdan onun neytrallaşdırılması lazım idi. O, Azərbaycan dövləti, hökuməti, xalqı üçün nəinki arzuolunmazdır, həm də çox təhlükəli adamdır. Sovet vaxtı Moskvaya işləyib, daha sonra yenə onların adamı kimi fəaliyyət göstərib. Hesab edirəm ki, ona ev həbsi deyil, həqiqi həbsi, türməyə salınması lazımdır”.

Həmin video görüntünü olduğu kimi təqdim edirik:

Şərhlər

Vətəndaş 2025-10-19 10:29:03

Bəs bu baldız daşnak idisə onun oğlu Levon necə Azərbaycanda DİN -də yüsək vəzifədə uzun ilərdir işləyir? Buna necə yol verilib? Qeyrimilli şəxsin DTK.DİN.Prokurrluq,Məhkəmə sistemlərində məsul işdə olması nə deməkdir7

Rasim Quliyev 2025-10-18 08:18:51

Ramiz Mehdiyan necedir dovlet satmaq,xalqı satmaq,ən əsası vicdanıvı satmaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol