Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Pənahov deyib ki, artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 861 728 bülleten sayılıb.
Qeyd edək ki, dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib.


Şərhlər