Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində həbs qərarı verilməsindən sonra özü və ailə üzvləri haqda yeni və maraqlı məlumatlar üzə çıxır.
"AzPolitika"Globalinfo.az-a istinadla xəbər verir ki, son günlər Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna Mehdiyeva da gündəmə gəlib. Onun adı mediada müxtəlif mövzularda hallandırılır. Neçə illərdir Qalinanın erməni əsilli olması haqda iddialar dolaşır.
Bu iddialar R.Mehdiyev vəzifədə olduğu dövrdən gündəmdədir. Amma hələ də qadının erməni olduğu isbatlanmır. Bəzi mənbələr onun gürcü, hətta yəhudi əsilli olduğunu söyləyir.
Məlumata görə, Qalina Yuryevna Ramiz Mehdiyevdən əvvəl başqa bir nikahda olub. Onun ilk həyat yoldaşının erməni milliyyətindən olduğu iddia edilir. Daha bir məlumat isə, Qalina Mehdiyevanın həmin nikahdan Levon Qurskaya ad-soyadlı bir oğul dünyaya gətirməsi ilə bağlıdır.

Digər mənbələrdə deyilir ki, Levon Qurskaya Ramiz Mehdiyevin qaynı oğludur.Levon Qurskaya uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Levon Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Əldə etdiyimiz daha bir məlumata görə, Dövlət İmtahan Mərkəzi sədrinin müavini Namiq Babayev Ramiz Mehdiyevin qudası İsmayıl Sadıqovun qudasıdır və 30 ilə yaxındır müavin vəzifəsində çalışır.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AME-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur

Şərhlər
Ermənilərin öz məsəlləri var. O erməniyə erməni deyirəm ki erməni döşündən süd əmmiş olsun. Dədəsi kim olur olsun anası ermənidirsə o ermənidir. İndi görün içərimizdə nə qədər düşmən qanlılar var ..... Bizi bir millət kimi məhv etmək istətirlər
Levonun šekli yoxdur sizde....Rusca levon yuryeviç qurskaya yazin....Rusiyada gŏrůšlerden šekli var...Bizim saytlarda bir denede šekil tapmazsiz.....
icra bascilari arasinda xususi xidmet sahibi goranboy bascisi meherrem quliyevdir. O heryerde mehdiyevin kadri olmaqla qurrelenir. Mehdiyev getdikden sonra onu sarayda birine tapsirib ki mugayat olsun. hazirda meherrem mehz o vezifeli terefinden gizli mudafie edilir ve qorunur. meherrem quliyev bir nomreli ixtisasli (polkovnik rubesinde) xeyanetkardir.
Kim olacaq ya erməni ya da yezid. Bu ölkə Türk ölkəsi olsa da hegomon Azəri Türkləri olsa da Azəri Türklərinə yer yoxdur
Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan keçmiş AZərTacın baş direktoru olmuş Aslan Aslanovdur. Ramiz qəyyumluğu ilə Aslan Aslanov əyalət qəzetlərində adi müxbirlikdə AzərTaca gətirilərək qısa zamanda baş direktor oldu. Aslanın arvadı (oxu əri) Vəzirovun və Ayaz Mütəllibovun zamanında Zərdab və İmişlinin birinci katibi olmuş Zəridə Rüstəmovadır. Onlar H. Əliyevə daxilər patoloji nifrət edirdilər. Aslanın oğlu da yüksək vəzifədədir. Bunları araşdırıb ortaya çıxarmağı qız lazımdır
Globalinfo nun cızma-qarasından Qalina Xanım və Levonun ölkəmizin ən yüksək-gizli cikinə də, bikinə də bələd şəxslər olduğu hiss olunur?