Naxçıvan Muxtar Respublikası (MR) kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova tutduğu vəzifədən azad edilib.
Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov oktyabrın 20-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Xəyalə Dadaşova vəzifəsindən azad edilib.
"AzPolitika" xatırladır ki, Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə 2023-cü ilin fevralın 28-də təyin edilmişdi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya verilmişdi. O, Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində çalışıb.


Şərhlər