Menu

“Məni öldürmək istəyirdilər...” - Eks-prezident

24.12.2014, 13:58
“Məni öldürmək istəyirdilər...” - Eks-prezident

“Məni dəfələrlə öldürmək istəyiblər. Hətta, maşınıma da güllə atmışdılar. O zaman mühafizəçilərimdən biri yaralanmışdı”.

AzNews.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın “Arqumentı i faktı” həftəlik qəzetinin baş redaktoru Nikolay Zyatkova verdiyi müsahibəsi zamanı bildirib.

“Krımda olanda mənim 3 variantım var idi. Birincisi, könüllü şəkildə əsir düşməliydim. Bunun isə pis nəticələnəcəyini bilirdim, çünki mən onlara törətdikləri cinayətlərdə bir şahid kimi lazım deyildim. 2-ci variant ölkədə baş verən xaosun qarşısını almaq idi. Bunun da pis nəticəsini öncədən görürdüm.

Həmin vaxt, daha dəqiq desək, bu ilin fevral ayında sosioloji sorğuya görə ölkə əhalisinin 47 faizi Maydana dəstək verirdi. Etiraz edənlərə qarşı çıxsaydım, vətəndaş müharibəsi başlayardı. Mən isə 3-cü optimal variantı seçdim və ölkəni tərk edib Rusiyaya gəldim”, - deyə sabiq prezident vurğulayıb.

Viktor Yanukoviç hakimiyyəti dövründə buraxdığı səhvlərdən də danışıb: “Mən gərək o vaxt siyasi avantüristlərə qəti cavab verməliydim. Onlar isə dövlət çevrilişi etdilər. Ancaq o vaxtadək Krım da Ukraynanın tərkibində idi, Donbassda da müharibə getmirdi. 1 dollar 8.8 qriven idi. Pensiya, əmək haqları vaxtlı-vaxtında verilirdi. İndi isə Ukraynada baş verənləri hamı bilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol