Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.
Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz.
Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam.
Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev "İstiqlal "ordenini Yaqub Eyyubova təqdim edərək dedi: Sizi təbrik edirəm.
Yaqub Eyyubov: Təşəkkür edirəm.
Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi.
O, məhz dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək deyib:
"Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".
"İstiqlal" ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirib: "Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim".
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.

Şərhlər
Ramiz Mehdiyevə də orden bağışlanmışdı. Bu individ-bədheybət heç də Ramiz Mehdiyevdən geri qalmır, bəlkə ondan da təhlükəlidir. İstefadan sonra görək bunun mülklərinin sayı nə qədər olacaq. Xarici görünüşlərində də necə oxşarlıq var. Elə bil ki, bir yuvadan çıxıblar. Bəlkə də qardaçdlrlar, sadəcə olarq soyadları fərqlidir. Nə gündəsən ay millət
Putinin əlaltılarından biridə medal aldısa deməli yaxın zamanlarda əmlakı ilə vidalaşacaq ,Yaqubu tanımayan yoxdur ,medalın mübarək ,qaramaskalıları gözlə
Biz bir millət olaraq ramiz mehdiyevləri söymək yox, onların necə peyda olamasının mexanizmini öyrənməli və qarşısını almalıyıq, yoxsa hər dəfə biz "ocağı söndürüb külü ilə oynayırıq" hələ neçə ramiz mehdiyevlər Azərbaycanda at oynadır....
Bəs deyil ? Adam tapılmır ? BU adam yeriyə bilmir.Ayıb başa düşmürlər?