Menu

Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb - SİYAHI

22.10.2025, 21:30
Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirkətlərin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Agentliyinin avtomobil yollarının tikintisi və istismarı sahəsində fəaliyyət göstərən bəzi şirkətlərinin dövlət qarşısında vergi borcu olduğu üzə çıxıb.

1) Bakı 1 №-li Yol İstismarı MMC - vergi borcu 708 860 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 49 299 983 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Zaur Həmzəyevdir. Onun AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu olduğu bildirilir.

2) 17 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 1 323 629.68 manatdır.

2018-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin direktoru Şahin Süleymanovdur. Onun AAYDA-nın rəhbəri Saleh Məmmədovun yaxın qohumu olduğu bildirilir.

3) 41 №-li Yol İstismarı MMC - vergi borcu 944 268.33 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 469 018 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Fayiq Əliyevdir.

4) 37 №-li Yol İstismarı MMC - vergi borcu 997 867.85 manatdır.

2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Füzuli Quliyevdir.

5) 43 №-li Yol İstismarı MMC - vergi borcu 10 780 151.13 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 063 194 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru İlham Əzimovdur.

6) 11 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 13022.34 manatdır.

2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin direktoru Hikmət Seyidovdur.

7) 31 №-li Yol İstismarı MMC - vergi borcu 152612.47 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 700 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Aqil Vəliyevdir.

8) 9 №-li Yol İstismarı MMC - vergi borcu 1 351 023.51 manatdır.

2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 500 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Rəşad Kərimovdur.

9) 16 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC - vergi borcu 4 351 590.54 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 326 920 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Kazım Hüseynovdur.

10) 55 №-li Yol İstismarı MMC - vergi borcu 397614 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 493 611 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Firdovsi Qafarovdur.

11) 3 №-li Yol İstismarı MMC - vergi borcu 72 587.79 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Mübariz Əkbərovdur.

12) 2 №-li Magistral Yolların İstismarı - vergi borcu 2 549 104.66 manatdır.

2016-ci ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Əli Mikayılovdur.

Şərhlər

Kamran 2025-10-22 13:05:14

Niyə bu ölkənin başı ayağı bilinmir.Qohumlar mənimsəyir..oğurlayır.talan edir və sərbəst keyf edirlər.Bu ölkə niyə belə hala salınıb? Bu sistemin çürüdüyünü sübut etmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol